Qurbanqulu Berdıməhəmmədov Qarabağa səfər edəcək

Türkmən xalqının milli lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdıməhəmmədov 16-17 iyul tarixlərində Azərbaycanda səfərdə olacaq.

SimalRegion.Az Gunxeber.Az-a istinadən xəbər verir ki, səfər zamanı ikitərəfli əlaqələr müzakirə olunacaq.

Səfər çərçivəsində Qurbanqulu Berdıməhəmmədovun Qarabağa səfəri gözlənilir.