
Tramp bu gün önəmli bəyanatlar verdi, diqqət yetirək.
- Bu gün biz NATO ilə brazılaşma əldə etdik, biz onlara silah göndərəcəyik, onlar isə buna görə pul ödəyəcəklər.
- NATO ABŞ-dan milyardlarla dollar dəyərində hərbi yardım ala biləcək və bütün bu silahlar tez bir zamanda döyüş meydanına çatdırılacaq.
- Təchizatın koordinasiyasını NATO-nun baş katibi Mark Rutte və ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker həyata keçirəcəklər.
Aşağıdaki yazını mart ayında yazmışdım, oxuyaq.
Mən Ukrayna Prezidentinin xarici siyasət üzrə müşaviri olsaydım Trampa qarşı hansı təzyiq mexanizmləri təklif edərdim?
Avropa İttifaqı
Aİ zatən konsolidasiya prosesinə start verib, Almaniya fəallaşır, Aİ Ukraynaya hərtərəfli dəstəyi gücləndirmək niyyətindədir və s. Bu barədə çox yazmışıq.
Amma və lakin, silahlar üçün pulları tapmaq, məsələnin yarısıdır, o silahları almaq üçün onları hələ tapmaq/istehsal etmək lazımdır. Bu isə problem olaraq qalır, Aİ hələ də HSK-ni tam gücə sala bilməyib və bunun üçün, yuxarıda qeyd etdiyimiz kimi zaman lazımdır. Bu təqdirdə həm keyfiyyət həm kəmiyyət baxımından nəyə ehtiyac var? ABŞ istehsallı silahlara.
İndi isə keçək əsas məsələyə. Diplomatiya- intriqaları yaratma və onlardan faydalanma sənətidir.
ABŞ-dan silahları almaq olarmı? Trampdan təmənassız silahları almaqdan ehtimalını ümumiyyətlə unudaq və hətta Ukrayna(və ya formal olaraq Ukraynaya silahları təhvil vermək üçün digər ölkə olsun) ABŞ-dan silahları müqavilələrlə almaq istəsə, bu da çox çətin olacaq, mümkünsüz dərəcəyə yaxın. Bəs nə etmək lazımdır?
Trampın ətrafında, Trampı dəstəkləyənlərin arasında, onun bu davranışının(silahların satışının dayandırılmasına) kimlərə ciddi zərər vuracağını axtarıb-tapmaq lazımdır, və təbii ki, bu, ABŞ-ın hərbi sənaye kompleksidir, silah istehsalı nəhəngləridir: Lockheed Martin, Northrop Grumman, Raytheon, General Dynamics və s.
HSK-nin Konqresdə güclü lobbiçiləri var, hansılar ki bu şirkətlərdən asılıdır(əsasən respublikaçılar) və HSK-nin seçkilərə ciddi təsir imkanları var və s. Buna dair bir məsələyə toxunum. Zelenskilə bağlı respublikaçıları ən çox qıcıqlandıran məqamlardan biri, Zelenskinin seçki kampaniyası zamanı “bənövşəyi” ştat olan Pensilvaniyaya səfəri olub, repsublikaçılar bunu seçkilərə müdaxilə kimi qiymətləndirirlər. Hara getmişdi Zelenski? Mərmiləri istehsal edən zavoda. ABŞ-da HSK ilə bağlı hər şeyə çox həssas yanaşırlar, ona görə ki, HSK böyük qüvvədir.
Nə etmək lazımdır? HSK-ni Trampla toqquşdurmağa çalışmaq.
Necə?
Avropadan(+Norveç) silahların alınması üçün yetərincə maddi vəsait toplanandan sonra, Trampa silahların alınmasını təklif etmək. Trampın buna rədd cavabı verməsi təqdirdə isə HSK-nin nəhənglərilə aktiv əlaqələr qurmaq(ziyafətlər, səfirliyə dəvətlər və s.) Şirkətlərin rəhbərlərinə Trampın yaramaz siyasəti ucbatından, onların çox böyük müqavilələri itirəcəklərini izah etmək və göstərmək.
HSK onsuzda Trampın hərbi büdcəni kəskin azaltmaq niyyəti fonunda Pentaqondan fantastik məbləğlərdə müqavilələr itirəcək və bu fonda xaricdən müqavilələri itirsə də, silah baronları üçün bu artıq iqtisadi faciə olacaq.
Qısa olaraq: Avropadan vəsaitlərin toplanması➡️Trampa silahların alınması təklifi➡️Rədd cavabı təqdirdə Ukrayna diplomatiyasının şeflərinin iştirakı ilə ABŞ silah baronlarını(Keti Uorden, Ceyms Tayklet, Tomas Kennedi və s.) ziyafətə dəvət etmək və bu müqavilələrin bağlanmasının önəmini vurğulamaq.
Düşünürəm ki, cəhd etmək, HSK-ni Trampla toqquşdurmaq lazımdır. HSK ciddi təzyiqlər edib, silahların satışı müqavilələrinin bağlanmasına nail ola bilər.
P.S. Təbii ki, bütün müqavilələrdən Trampa “otkat” və “şapkalar” təklif edilməlidir, o belə şeyləri sevir.
Bunu mart ayında yazmışdıq. Bu gün də belə.
Kamran Cəfərov politoloq