
Ukrayna Xüsusi Xidməti polkovnikinin qətli.
Qətlin sifarişi, hazırlığı, təşkil, icrası barədə.
Bir qədər Ukrayna Təhlükəsizlik Xidmətinin çox yüksək və həm, vacib əməkdaşı, polkovnik İvan Voroniçin sui-qəsdlə qətlə yetirilməsi və killerin hər ikisininsə azərbaycanlı kimliyi haqda yazaq.
İvan Voronıç kimdir?
İvan Boroniç 2015-ci ildə Rusiya tərəfdən işğal olunmuş Donbass ərazilərində, düşmənə qarşı təxribat əməliyyatları keçirmək üçün yaradılmış və Rusiya ordusu və xüsusi xidmət orqanlarının onlarca ən məşhur komandirini sıradan çıxaran SBU-un 5-ci Əks Kəşfiyyat İdarə rəhbərliərindən olub. Donetskdəki ukrainlərə qan udduran, yerli qoçu dəstəbaşı “Motorola” ləqəbli komandiri öz iş otağında partladılmaqla, məhvini təşkil edib. Rusiya onu düşmən bilib, qisas almaq istəyirdi.
Killerlər kimdir?
Voroniçi vuran killer Xaqani Güləlizadə, dəstək üzrə isə, Nərmin Quliyevadır. Onların hər ikisinin Azərbaycan pasportu vardı, əslində, Rusiyadakı qatı cinayətkar qruplaşması üzvləridir. Quliyeva Ukraynaya mayın 15-də Moldovadan daxil olub. Xaqani 2025-ci il fevralı eyni Mayaki-Udobnoye keçid məntəqəsindən sərhədi keçmək istəmiş, lakin, xüsusi məlumat bazalarında mafioz kimi qeyd olunduğu üçün onun girişi qadağan edilib. Və bundan sonra o Ukraynaya gizli-qaçaq daxil olub (görünür ki, bu işdə xüsusi köməklik olub).
Qətl necə baş verib?
Ukrayna ərazisinə keçən kimi, maşınlara sahib, olublar (biri CİP tipli, digəri sedan), Kiyev ətrafı yaşayış məntəqələrinin birisində hər bir şəraitli həyət evində yerləşiblər. Xüsusi bir, səsboğucu və atışdan sonra gilizləri özündə saxlayan silah verilib onlara. Maşın, ev, pul, silah və sair onlara kimsə tərəfindən yox, görünməyən əlaqə işarəsi ilə gedərək, hazır saxlanan konkret yerlərdən və “tayniklərdən” götürüblər. Yəni ki onlar Kiyevdən idarə olunublar, idarə edənlər şəbəkəsindən heç kimi görmədən, tanımadan. Ciddi konspirasiya!
Eynilə də, sui-qəsdin tarixi və saatı, yeri, forması və hətta, şikarın evdən çıxıb maşına yaxınlaşma “hazır ol!” dəstəyi hamısı görünməyən kənardan deyilərək, idarə olunmuş. Nəhayət, İvan Voronıç 10 İyul 2025-də evindən çıxıb, maşınına minən an, üzünə maska keçirən Xaqani tərəfindən üz – bə-üz qalaraq, 4 güllə bədən, 1 güllə isə ‘kontrol’ olaraq, sonu baş nahiyyəyə atəşlə ilə öldürülüb! Müşahidə onu göstərir ki, X. Gülalızadə peşəkar killer və N. Quliyeva peşəkar kriminal şəxsdirlər.
Qətlin sifarişi haradan və necə başlayıb?
İşğalçı ölkə, Rusiya ərazisində xeyli diversiya və çox vacib rütbəlilərin qətlini təşkil edən Ukrayna xüsusi xidmət orqanına rəhbərlik edərək, Rusiya düşməni elan edilmiş şəxsin qətli harda sifariş verilməli və hazırlanmalı idi? Təbii ki, Rusiyada! Bu qətlin sifarişi, hamı bilir, nə gizlin, Kremldən gəlib, hazırlığı Rusiya xüsusi xidmətində, təşkil işinin yarısı Moskvada və digər yarısı, Kiyevdəki QRU (rus) şəbəkəsində olub, icraçı və dəsdəkçi killerlər məlum azərbaycanlı kriminal şəxslərdir.
Düşünüblər ki, icraçı-killer qismində, bir dəfəlik (“odnorazovıy”) nə… kimi istifadə üçün adamlar tapıb “rasxoda” verək, getsin. Həbs edilsə, əsir alınsalar dəyişməyə də ehtiyac olmasın. Bunun üçün niyə ki öz əməkdaşlarımızı istifadə edək? Sabah da üstü açılanda kimliyi və rəhbərliyi də məlum olsun. Tapşırıblar bu işi, kriminal aləm “avtoritelərinə”, onlar, bu iş üçün uzun müddət, ya ömürlük həbs almış qatı cinayətkar killerlər tapıblar. Orqanlar da söz verib, onlara həbsdən azad edilmə və ya Rusiyada mövqe, imkan, pul həvəsləndirmə ilə. Heç bir dəyəri olmayanlardı.
Yəqin ki, heç bir əsir, istintaq dəyəri olmadıqları barədə məlumatlı olduğuna görə Ukrayna tərəf, onları qaçmaq istəyərkən diri tutmaq üçün çox da çalışmayıb, elə yerindəcə tez məhv ediliblər. Bir də, dekabrdan, Azərbaycanla münasibətləri pozulan zaman, Rusiyanın bu iş üçün killer kimi azərbaycanlı tapıb irəli verməsi şübhəli görünür, Ukraynada nifrət yaratma, ara vurma məqsədli!
Ancaq, təqdirli odur ki, neçə gündür Rusiya KiV və ekspertləri, Yekaterinburqdakı ilə bu ölümləri müqayisəyə gətirib, fitnə yaratmaq istəsələr də, nə Ukrayna, nə Azərbaycan bu fitnəyə getmirlər.
Bu hadisədə bir məsələ aydın olur ki, Ukraynada və Kiyevdə Rusiyanın güclü, təşkilli, təminli həm də, geniş agentura və casus şəbəkəsi var. Buna qarşı, yəqin ki, Ukrayna tərəf sərt tədbirini görər.
“””””””'””
Şəkillərdə, polkovnik Voroniç və killerlər. Video: Voroniçın evdən çıxma və qətlin baş vermə anı.
Ilqar Altay
-
- 2025, Frankfurt, Almaniya.