
Uşaqlar üçün satılan məhsulun içindən dəmir parçası çıxdı: Araşdırmalara başlanıldı
Uşaqlar üçün satılan “Bolluq LTD” MMC-nin məhsulunun içindən dəmir parçası çıxması ilə bağlı məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.
SimalRegion.Az xəbər verir ki, bu barədə Gunxeber.Az-ın sorğusuna cavab olaraq qurumdan bildirilib ki, agentliyin müvafiq regional bölməsi tərəfindən araşdırmalar aparılır.
Araşdırmaların nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.
Elcin İsmayilli
15:29
Uşaqlar üçün satılan “Bolluq LTD” MMC-nin məhsulunun içindən dəmir parçası çıxıb.
SimalRegion.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Sosial şəbəkə istifadəçisi bu hərəkəti diqqətsizlik və məsuliyyətsizlik adlandırıb.
Həmin görüntüləri təqdim edirik: