
Redaksiyamıza gələn məktubda sözügedən məktəbin direktorunun rüşvətə qurşandığı və əmək məcəlləsinin tələblərinə zidd fəaliyyəti barəsində bəhs olunur.Whatsapp xəttimizə daxil olan məktubu olduğu kimi dərc edirik
Mingəçevir Üzeyir Hacıbəylı adına 11 illik musiqi məktəbinin direktoru Vüsal Məmmədovun heç bir musiqi təhsili yoxdur.Vüsal Məmmədov hələ də konservatoriyanı bitirə bilmir,amma məktəbdə saz müəllimi kimi fəaliyyət göstərir və pulunu alır.Məktəbdə ölücanlı müəllimlər bə ölücanlı şagirdlər çoxdur.Belə ki,adları məktəbdə gedir,özləri Bakida,orda- burda gəzirlər,pulu da direktorun cibinə axır.Məktəbdə şağird qəbulu 200 manatdan başlayır.Məktəbdə dərs saatları bölgüsündə direktorun kabineti qabağında növbə olur .1 saat 300 manat.Əvəz etmə dərslərinin pulları direktorun cibinə axır.Vüsal Məmmədov cibinə rahat pulların axması üçün qaynını mühasibatlıqda mühasib olaraq işə düzəldib
Redaksiyadan: Məsələ diqqətimizdədir araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Ardı var