Adının açıqlanmasını hələ ki,istəməyən Ağsu sakini redaksiyamıza məktubla müraciət edib.Həmin məktubu olduğu kimi dərc edirik.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Agsu rayonundan adının çəkilməsini istəməyən bir şəxs tərəfindən qanunsuz təzyiqlərə məruz qalma barədə Hörmətli, cənab Prezident!
Mən 2020- ci il avqust ayının 31-də Ağsu rayon suvarma sistemləri idarəsinin keçmiş müdiri Səfər Məmmədovun qanunsuz hərəkətlərindən sizə ərizə yazdım.15 gün sonra Səfər Məmmədov kanal 24-ün təsisçisi ilə əlbir olaraq onu mənim üstümə göndərmişdir.Kanal 24-ün təsisçisi məni inandirdi ki,sənin şikayət ərizənlə əlaqəli bizi prezident administrasiyasından göndəriblər, gəlmişik pambıq sahəsini çəkək.Deyirlər çox yaxşı pambıq becərmisiniz.Pambıq məsələsi olunca mən inandım.Mənə dedilər ki, prezidentə yazdığın ərizə haqqında bizə məlumat ver,sonra gələrik pambıq sahəsini çəkməyə,mən hardan bilim ki,bunlar mənə tələ qurublar.Ərizədə yazdiqlarımdan yadımda qalanlardan jurnalistə danışdım.Onu da deyim ki,onlar dörd nəfər idilər,iki kişi,iki qadın.Başımı elə şişirtdilər ki,qonşunu çağirmaq istədim.Jirnalist əlimdən tutdu ki,ana,qonşuya nə ehtiyac var,indi çıxıb gedirik.Bir də gördüm ki,tələsik kameralarını yığışdırıb maşına otururlar.Mən soruşdum ki,bəs pambığı çəkəcəkdiniz nə oldu?Mənə cavab verdilər ki,sonra gəlib çəkəcəyik.Onu da nəzərinizə çatdırım ki,gəldiklərini bildirəndə dövlət televiziyası adından gəldiklərini bildirdilər.Mən onlara inandım.Burdan çıxdıqdan sonra Səfər Məmmədovla görüşüblər,istədiklərini əldə etdikdən sonra danışdıqları məbləği alıb gedirlər.Gedəndə mənə dedilər ki, axşam televizoru izlə,çixişina bax.Səhəri gün mənə link atdılar,məlum oldu ki,gələnlər kanal 24-ün əməkdaşları imiş.O zaman anladım ki,Səfər Məmmədov mənə torba tikib.44 günlük müharibə başlayan gün Səfər Məmmədov məni xüsüsi ittiham qaydasında məhkəməyə verdi.Görürsüz elin necə qeyrətli oğulları var.Aidiyyatı orqanlara onlarla ərizə yazdım, araşdıran olmadı.
Agsu rayonu,15.07.2025
Ardı var

Redaksiyadan:Faktla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq