
Ölkə başçısı İlham Əliyevə etdiyim müraciət və sosial şəbəkələrdə yayımladığım tənqidi yazılardan sonra aldığım məlumata görə, Anar Məmmədov Zar kəndinə bir qadın həkim göndərib. Bu, şübhəsiz ki, doğru istiqamətdə atılmış bir addımdır. Amma vəziyyətin ciddiliyini nəzərə alsaq, bu, qənahətbəxş sayıla bilməz.
Zar kəndində tibbi məntəqə yaradılmalı, təcili yardım maşını da mütləq təmin olunmalıdır. İndiyə qədər əli-qolu kəsilən işçilərin qanını parça yandıraraq dayandırmağa çalışırdılar. Bu, sadəcə cəhalət və səhlənkarlıq deyil, eyni zamanda insan həyatına sayğısız münasibətdir. Ümid edirəm ki, indi həkim müdaxiləsi ilə vaxtında və peşəkar tibbi yardım göstəriləcək.
Təəssüf ki, Amozon şirkəti tibbi təminat və qoruyucu vasitələr üçün ayrılmış vəsaitləri mənimsəməkdə davam edir. Bu isə birbaşa olaraq işçilərin sağlamlığını və həyatını təhlükə altına atır.
Bir vacib məqama da toxunmaq istəyirəm: dəmir sahəsində işləyən insanların xüsusi qoruyucu əlcəyə ehtiyacı var. Bizdə ona “dəmir torlu əlcək” deyilir. İngilis dilində bu əlcəklərə “stainless steel mesh gloves” və ya “metal mesh gloves” deyilir. Bu əlcəklər əlləri dərin kəsiklərdən qorumaq üçün istifadə olunur və mütləq şəkildə təmin edilməlidir.
Tikinti davam edə bilər, amma insan həyatı hər şeydən dəyərlidir.
—
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, iki çağırış parlament seçkilərinə namizəd, müəllim və şair –
Səxavət Süleymanov (Səxavət Kəlbəcərli)