Məlum olduğu kimi Şamaxı, İsmayıllı, Qəbələ rayonları və sair rayonlardan keçməklə Gürcüstanla sərhədə kimi çəkilməsi nəzərdə tutulan yol layihəsi uğurla davam edir və artıq demək olar ki, Qəbələ rayonunda yekunlaşma işləri aparılır.

Bu yolun yüksək səviyyədə çəkilməsi rayonların sürətli inkişafına səbəb olacaq.Nəzərə alaq ki,Şamaxıdan başlayaraq Balakən rayonuna kimi ərazilər turizm əhəmiyyətli rayonlardır və yüksək dağlıq ərazilərdə yerləşdiyi üçün xarici və yerli qonaqları daha çox cəlb edir.

Bəs qeyd olunan rayonlarda nə baş verir?

Redaksiyamıza müraciət edən paytaxt sakini bildirir ki,bir neçə gün əvvəl ailəsi ilə birlikdə İsmayıllı, Qəbələ rayonlarında gəzintiyə çıxıb və təbii ki, əvvəl İsmayıllı sonra Qəbələ rayonunda nahar,şam yeməyi yeyiblər.Müraciət edən şəxs bildirir ki,İsmayıllıda Topçu kəndində yerləşən bir restoranda ona elə hesab oxuyublar ki,dəhşətə gəlib.Vətəndaş bildirir ki, xidmət zəif, ortaya gətirilən yemək keyfiyyətsiz, ancaq qiymət dəhşətli dərəcədə baha.Eyni mənzərə ilə Qəbələ rayonunda Nohurqışlaq ərazisində də rastlaşdıq.Vətəndaş saytımız vasitəsilə müraciət edib gələcəkdə bu ərazilərə səfər edəcək şəxslərin diqqətinə çatdırmaq istəyir ki,nə badə İsmayıllı rayonunda, Qəbələ rayonunda yeməyə oturmasınlar.

Redaksiyadan:Doğurdan vətəndaş haqlıdır İsmayıllı rayonu Basqal qəsəbəsindən tutub, Qəbələ sərhədinə qədər hansı restoran,kafedə oturub nahar etsən adamın qulağını kəsirlər.Kababları ətini sıyırıb sümük formasında gətirirlər,qazan yeməkləri köhnədən qalan yeməklər, antisanitariya baş alıb gedir.Rayon ərazisində kəpənək dairəsindən üzü xəstəxanaya tərəf və bir az da aşağı gedəndə yolun sağ-sol hissəsində yerləşən restoranların hamısı bahaçılıq, xidmət zəif, qiymət hədsiz baha,əsas da antisanitariya baş alıb gedir.Buna görə də hesab edirik ki, paytaxt sakini haqlıdır.Bəli baykot edin İsmayıllı, Qəbələ restoran,kafelərini.Bu haqda daha ətraflı yazacağıq.Qida təhlükəsizlik agentliyinin iştirakı ilə monitorinq aparmağa çalışacağıq.Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.