Bu, nağıl deyil, həqiqətdir – Göyçayda Məlikməmməd bəy barəsində rüşvət İTTİHAMI

“Azərqaz” İB-nin Ağsu RQİİ-nin Göyçay xidmət sahəsinin müdiri Məlikməmməd Mehdiyevin qanunsuz hərəkətləri haqqında.
2025-ci ilin fevral ayı ərzində Göyçay rayonu, Kürdəmiş kənd sakini Yusifov Qadir Yusif oğlu tərəfindən idarə olunan Yalman kəndi ərazisində yerləşən meyvə qurutma sexinə Məlikməmməd Mehdiyev tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, sözügedən sexdə təbii qaz ev sayğacı vasitəsilə istifadə olunmuşdur. Bu halı aşkar etdikdən sonra Məlikməmməd Mehdiyev xidməti vəzifəsindən sui-istifadə edərək Qadir Yusifova qarşı hədə-qorxu ilə təsir göstərmiş və ondan 1500 (min beş yüz) manat məbləğində pul tələb edərək rüşvət almışdır.

Bundan əlavə, Qadir Yusifov “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün 2900 (iki min doqquz yüz) manat məbləğində cərimələnmişdir.
Qeyd olunan hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311-ci, 178-ci və 308-ci maddələri ilə qiymətləndirilə bilər.
(B.E.H.)