Kəmağıl Donald Tramp gözlənilmədən Putinlə telefon danışığı ilə bağlı “Truth Social”-da yayımladığı paylaşımını öncə silib, bir müddət sonra yenidən paylaşıb. Həmin paylaşımda Tramp Putinin ona Ukraynanın hücumuna cavab verməkdə qətiyyətli olması haqqında məlumat verdiyindən bəhs edir. Kəmağıl Trampın bu addımının yalnız bir izahı var. Ağ Ev rəsmiləri Trampın bu paylaşımını Putinin növbəti hərbi cinayətini sanksiyalaşdırmaq kimi anlaşılacağını, Rusiyanın törədəcəyi növbəti insanlıq əleyhinə cinayətin mənəvi-siyasi məsuliyyətinin Trampın üzərinə düşəcəyini anladıqları üçün statusu sildiriblər. Tramp bu hadisənin onun zəifliyi kimi anılacağından qorxduğu üçün statusunu yenidən paylaşıb.
Proseslər həlledici mərhələyə daxil olduğu üçün dünyada gözlənilməz hadisələr baş verir. Bəzən bu hadisələrin hansının daha önəmli olduğunu müəyyən etmək çətin olur. Daha bir önəmli hadisə haqqında növbəti statusda yazacağam.

Xəqani Cəfərli politoloq