Bildiyiniz kimi ötən ilin noyabr ayında ölkəmizdə dünyanın əksər ölkələrinin iştirakı ilə Çöp 29-adlı tədbir keçirildi.Bu tədbirin ölkəmizdə keçirilməsi dövlətimizə verilən yüksək dəyərdən xəbər verir.Deməli,dünya gücləri, beynəlxalq təşkilatların Azərbaycan dövlətinə inamı,güvəni var və artmaqdadır.Eyni zamanda dövlətimizin başçısı İlham Əliyev cənabları bütün aspektlər üzrə ölkəmizi dünyada layiqincə təmsil edir və onun dayaqlarının daha da möhkəmləndirilməsi istiqamətində əməli işlər görür.

Hər bir Azərbaycan vətəndaşı ölkəmizə beynəlxalq müstəvidə verilən dəstəyi dərk etməli,daha məsuliyyətli davranmalı və ən əsası isə dövlətimizin çiçəklənməsi naminə gecə-gündüz demədən çalışan dövlət başçısının əziyyətini itirməməlidir.

Ancaq gəlin görək bölgələrdə nə baş verir?

Mingəçevirdən gələn məlumatda bildirilir ki,Kür çayının sahilində fəaliyyət göstərən “Qartal Restoranı” öz kanalizasiya suları və digər çirkablarını Kür çayına axıdır.Bəli,səhv eşitmədiniz.Bunu sübut edən video linki Həmkarlarımız Aran Medya qrupu Simalregion.az saytına da göndərib.İndi buna nə ad verəsən? Bu restoran rəhbərliyi ölkə qanunlarına hörmətsizlik edir, ölkəmizin beynəlxalq imicinə xələl gətirir,ən əsası cənab prezidentin əziyyətini yerə vurur.Qalan məsələləri əlaqədar qurumların mühakiməsinə buraxırıq.Regional Ekologiya və Təbii Sərvətlər idarəsi,Qida Təhlükəsizlik agentliyi, Mingəçevir şəhər icra hakimiyyəti, Şəhər Polis İdarəsi və sair.Buyurub tədbir görsünlər.

Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Sonda videonu izləyin, bəyənin, paylaşın və kanalımıza abunə olmağı unutmayın.