
ABŞ prezidenti D.Trampla Rsiya prezidenti V.Ptin telefon danışığında, Ukraynanın Rusiya aerodromlarına hücumlarına Ptinin cavab tədbirlərinə hazırlaşdıqlarını müzakirə etdikləri bir dönəmdə, (( Trampın açıqlamasına görə, Putin deyib ki, cavab tədbiri hökmən olacaq! Ta, Tramp özü də bu cavab tədbirinin həyata keçirilməsində Ptinə yardımçı olacaq ya yox, onu yalan deyərəm.))
Dünən, İyun ayının 4 -də Brüsseldə “RAMŞTAYN” formatında keçirilən toplantının sayca 28 – ci iclası baş tutdu.
Bu tədbirdə, yaranandan bu yana ABŞ ilk dəfə idi ki, iştirak etmirdi.
“Ramştayn” formatının 28-ci iclasında Ukraynaya külli miqdarda hərbi dəstək qərarı verilib.“
Ukraynanın müdafiə naziri Rüstəm Umerov “Ramştayn” görüşünün nəticələrini açıqlayıb;
Ukraynaya yardım ayıracaq ölkələr bunlardır:
🔴Böyük Britaniya – 350 milyon funt sterlinq. Bu vəsait 2025-ci ildə Ukraynaya 100 min dronun təhvil verilməsinə imkan yaradacaq.
🔴Almaniya – əvvəlcədən elan olunmuş 5 milyard avroluq hərbi yardım paketi. Bu paketə Ukraynada istehsal olunacaq uzaqmənzilli silahların maliyyələşdirilməsi, HƏM sistemlərinin, silahların və sursatların verilməsi daxildir.
🔴Niderland – 400 milyon avroluq paket. Buraya minaəleyhinə gəmi, katerlər və dəniz dronları daxildir.
🔴Belçika – 2029-cu ilə qədər hər il 1 milyard avro yardım və bir minaəleyhinə gəminin təhvili nəzərdə tutulur.
🔴Norveç – dronlar üçün 700 milyon dollar, əlavə olaraq NSATU Trust Fund fonduna 50 milyon dollar ayıracaq.
🔴Kanada – dronlar, radioelektron mübarizə vasitələri, İT həllər və “Coyote” və “Bison” zirehli maşınları üçün 45 milyon dollar yardım edəcək.
🔴İsveç – Ukrayna üçün artilleriya sursatları, dronlar və digər silahların alınması məqsədilə beynəlxalq proqramlara 440 milyon avro ayıracaq
Tramp isə, hələ də P*tinə simpatiyasını gizlətmədən o fikirdə qalır ki : —
” Zelenski pis oğlandır. Ona görə ki, O, dünyanı nüvə müharibəsinə ( подталькивает) sürükləyir.”
The New York Timesin məlumatına görə O, bu sözləri köməkçiləri ilə söhbətində deyib.
Hələ üstəlik, respublikaçı senatorlardan Rusiyaya qarşı yeni sanksiya paketinin layihəsini hələlik müzakirəyə çıxarmamağı xahiş edib.
Ps. Tramp dostunu ciddi cəhdlə qoruyur!