
Hardandır bu adamlarda bu qədər pullar?
“ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ…
Jurnalist Abel Məhərrəmova sual verir: Aldığınız maaş və təqaüd sizi qane edirmi?
Abel məllim müdrik görkəm alıb, sualı belə cavablandırır: Əlbəttə ki, mən iki dəfə deputat olmuşam, xalqımız da deputatın təqaüdünü bilir, mənə də deputat təqaüdü verirlər. Akademiyada çalışıram, hamı bilir ki, akademik nə qədər alır. Bakı Dövlət Universitetində akademik kafedra müdiri kimi ordan da maaş alıram. Rusiya Elmlər Akademiyasından da müəyyən köməkliklər olur. Beləliklə, sosial durumumdan heç bir narazılığım yoxdur. Yoldaşım da çalışır, uşaqlar da özlərini dolandırırlar. Arzu edirəm ki, Azərbaycan cəmiyyətinin hamısının kaş bizim kimi sosial durumları yaxşı olsun.
Adam olmayan alimliyi ilə hökumətdən azı 15 min pul qopardır. Yadımdan çıxmamış yazım. Adam 5.000- dən çox adama köçürmə və 2- ci təhsil adı ilə “Hüquqşünaslıq” diplomu verib.
Abel müəllimin sosial durumunun yaxşılaşmasına Mona Liza şadlıq sarayını, Nabranda sahibi olduğu və Hökumət evi yekəliyində “İstirahət mərkəsi”ni, (Hökumət evindən yekə bir istirahət mərkəzinin açılışını da yaxın günlərdə edəcək) Qızıl Qazmada mülklər və restoranlarını, 20-dən çox evinin olmasını da əlavə etsək, həqiqətən sosial durumunun pis olmadığı qənaətinə gələ bilərik.Ən maraqlısı nədir, İstirahət Mərkəzi və Şadlıq sarayında kassanın arxasında oturub, pulları özü sayır. Hələ Altıağacdakı villalarını demirəm. Adam əhvalı yaxşı olanda elmdən də danışır.
Bəs görəsən akademik Əhliman Əmiraslanovun sosial durumu necədir? Əhliman məllim Milli Məclisin Səhiyyə Komitəsinin sədridir.” Onkologiya Klinika”sının direktorudur, Tibb Universitetinə 23 il rəhbərlik edib və həmin universitetdə 33 ildir ki, “Onkologiya” kafedrasının müdiridir. Elmlər Akademiyasında “Biologiya və tibb elmləri bölmə”sinin akademik katibi olub. Sumqayıta nəhəng bir Onkologiya klinikasının sahibidir. Uşaqları da General və biznesmen kimi özlərini dolandırırlar. Yəqin ki, Əhliman məllimin də arzuları Abelin arzularına bənzəyər.
Bütün bunların müqabilində onlar insanlara mənəviyyat dərsi keçir, gəncləri həyatda dürüst olmağa çağırırlar.
Zəruri qeyd: Abel Məhərrəmov Ramiz Mehdiyevin nəvəsinin toyunda Ramiz Enveroviçin “şərəfinə” tost dedi. Əlində çaxır yox, araq rumkası tutmuşdu. Əhliman Əmiraslanov isə Ramiz Mehdiyevin əməllərinin ifşa olunduğu vaxtda səsini də çıxarmadı.
İSA HƏBİBBƏYLİNİN SOSİAL DURUMU
Akademik Abel Məhərrəmovun sosial durumu barədə açıqlaması xeyli marağa səbəb oldu. Bəs görəsən AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sosial durumu necədir?
İsa məllim 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8.000 manat) alır.
Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır
Akademik adına görə 2000 manat əlavə pul alır.
İsa məllim həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.
Onun sahibi olduğu “Karvan” Şadlıq sarayı da yaxşı gəlir gətirir.
Abel məllim kimi onun da övladları özlərini dolandıra bilir.
İsa Həbibbəylinin oğlu Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin məhkəmədəki ifadəsi: “Gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dollarını rəhbərliyə (red. Vasif Talıbovu nəzərdə tutur) çatdırırdım”.
Bunların pulunu heç Süni İntellekt də saya bilməz…”
Etibar Əliyev.