
İkinci Dünya Müharibəsi iştirakçısı Şura Namazovun 100 illik yubileyi qeyd olunub.
1941–1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçısı Şura Namazov 100 illik yubileyi münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsi tərəfindən təbrik olunub.
Rayon İcra Hakimiyyəti başçısının adından Şura Namazova hədiyyə və mükafat təqdim olunub.
Tədbirdə çıxış edənlər Şura Namazovun müharibədə göstərdiyi şücaət və sədaqətindən bəhs edərək, onun indiki nəslə örnək bir həyat yolu keçdiyini vurğulayıblar.
Qeyd edək ki, Şura Namazov Ağdam rayonundan məcburi köçkün düşüb və hazırda İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır. Yüz yaşlı veteranın ən böyük arzusu işğaldan azad olunmuş doğma torpaqlarına qayıtmaqdır.
Şura baba ölkə rəhbərliyinə göstərilən qayğıya və Vətən müharibəsində qazanılmış Zəfərə görə dərin təşəkkür və minnətdarlığını bildirib.
Şura babanı bu əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona Allahdan möhkəm can sağlığı arzulayırıq.