
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri “Göyçay Süd” ASC müəssisəsinin istehsalı ilə yerində tanış olmuşlar
26 may 2025-ci il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov “Göyçay Süd” ASC müəssisəsinin istehsalı ilə yerində tanış olmuşlar.
“Göyçay Süd” ASC-nin idarə heyətinin sədri Mustafa Bədəlov müəssisənin fəaliyyəti barədə geniş məlumat verib. Bildirilib ki, müəssisədə süd və süd məhsulları, meyvə şirələri, konsentratlar istehsal edilir. Məhsullar tam avtomatlaşdırılmış İsveç və İtaliya istehsalı olan müasir avadanlıqlarda istehsal olunur. Müəssisənin meyvə şirəsi və konsentrat üzrə illik istehsal gücü 2.000 ton təşkil edir. İstehsal olunan məhsullar Azərbaycanla yanaşı, Rusiya, Ukrayna, Belarus, Estoniya, digər Baltikyanı ölkələr, Kanada və Yeni Zelandiya bazarlarına ixrac edilir.
Simalregion.az