İsmayıllıda şəhər bazarı ilə üzbəüz yerləşən saat meydanı artıq uzun illərdir ki, hamının böyük narazılığına səbəb olub.Bu layihə sabiq rayon rəhbərliyinin ən lazımsız işlərindən sayılır və burada hansısa abadlıqdan deyil pul silinməsindən danışıla bilər.Çünki ərazi tamamilə bərbad vəziyyətdədir,saat işləmir və həmin yer sahibsiz itlərin istirahət yerinə çevrilib.

İsmayıllıda bir qrup şəxslərin redaksiyamıza təklifi daxil olub.Təklifdə qeyd olunur ki,həmin meydan sökülməli və ərazidən avtodayanacaq kimi istifadə oluna bilər ki,bu da bazarda sıxlığın qarşısını alar.Həmin yer şəhər bələdiyyəsinin mülkiyyəti olduğu üçün avtodayanacaqdan istifadə edən avtomobil sahibləri bələdiyyə büdcəsinə pul ödəyə bilərlər.

Başqa bir təklif bundan ibarətdir ki,həmin ərazidə bələdiyyə bazarı təşkil olunmalı və istifadə edənlər,yəni satış həyata keçirənlər bələdiyyə büdcəsinə pul ödəyə bilərlər.

Realda bu gün həmin ərazidə satış edənlərdən şəhər bazarının rəhbərliyi qanunsuz olaraq pul yığır.Hansı ki,ərazi onlara aid deyil.Bazar günləri bazar işçiləri bazardan kənarda satış edən şəxslərdən qanunsuz olaraq pul yığırlar.Bunlara bələdiyyə nəzarət etməli və lazım olarsa bu vəsaitləri özləri yığmalıdır.Əgər bu kimi addımlar atılsa həm qayda-qanun yoluna düşər,həm də bələdiyyənin hesabında lazım olanda pul olar.

Rayonda aktiv şəxslər bu günlərdə yeni bir təkliflə redaksiyamıza müraciət edəcəklərini bildiriblər.Odur ki, izləməyi unutmayın.

Redaksiyadan: Məsələ diqqətimizdədir, araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq

Şimalregion.az