Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov:

“Evdə yatmışdıq, səhər saat 5-də qapı döyüldü. Gördük ki, qapını qırırlar. Anam gəldi qapıya, qışqırdı ki, polislərdi. Anam onlardan sənədlərini göstərməsini istədi. Onlar qapını açmağı təkid etdilər. Maskada idilər. O anda gördüm ki, qapını lomla qırdılar. Anama bir şillə vurub, atdılar qırağa. Qaçdılar mənim, qardaşımın və atamın üstünə, bizi möhkəm döydülər. Hamımızı otaqda uzandırdılar yerə. Bizi elektroşokla vurdular. “Dubinka” ilə, “montirovka” ilə döyürdülər. Evdəki stolları belimizdə qırdılar. Bizi bir saat döydülər. Döyəndən sonra əllərimizi qandalladılar, apardılar Frunze 74 ünvanındakı bölməyə… Yolda bizi, qardaşımla məni bir maşına, “Qazel”ə uzandırdılar, atamı başqa maşınlar apardılar. “Qazel” içi palçıq idi, yolda bizi məcbur edirdilər ki, maşının içindəki palçığı yeyək. Deyirdilər ki, bu palçığı sizə yedirdəcəyik. Yemədiyimizə görə döyürdülər. Bölməyə çatana kimi döydülər. Çatdıq, bizi qaldırdılar beşinci mərtəbəyə. Orda da həmin şiddəti tətbiq etdilər. “Toka” verdilər, elekroşokla vurdular. “Dubinka, “remen”lə vurdular. İt yerinə qoymurdular. Bizi iki qardaş – mən və qardaşım Məhəmmədi bir otaqdaydıq, atam Məzahir Səfərovu isə başqa yerə apardılar. Gördüm ki, atam qışqırır. Atama “tok” verirdilər. Atam qışqırırdı ki, ürəyim xəstədi, ürəyimdə stend var. Atam elə dedikcə, onlar təhqir edib, ürəyinə “tok” verirdilər. Bizi axşama kimi saxlayıb, döydülər. Ayaz Səfərovu, Akif Səfərovu döyüb toka verdilər. Bir anda eşitdim ki, deyirlər ölənlər var”.

Redaksiyadan:Rusiya terrorçu mafiyadır və orada dövlət adına heç bir şey yoxdur.Rusiyanı uzun illərdir ki, mütəşəkkil cinayətkar dəstə idarə edir və başında Killer Putin dayanıb.Biz qətiyyətlə bu olayı pisləyir və hökumətimizin tələblərinə dəstək olaraq günahkarların cəzalandırılmasını tələb edirik.Bizə Rusiya kimi müttəfiq lazım deyil.