
Ukrayna “müsbət siqnallar” alıb.
ABŞ-ın “Patriot” zenit-raket komplekslərinin Ukraynaya satılması məsələsində irəliləyiş var.
Bunu Ukrayna prezidentinin aparatının rəhbər müavini İqor Jovkva “Mi – Ukrayna”ya müsahibəsində bildirib:
“Bilirsiniz ki, Amerika Patriotlarının Ukraynaya satılması mövzusu ilk dəfə olaraq Ukrayna prezidenti tərəfindən qaldırılmayıb, bu məsələ telefon danışıqlarının birində qaldırılıb və sonra müdafiə nazirlikləri səviyyəsində müvafiq işlərə başlanılıb. Siz hətta Trampın mətbuat konfransı zamanı necə müsbət siqnallar verdiyini eşitmisiniz”
NATO sammitində Trampla görüş zamanı Zelenski onunla “ilk növbədə Amerikanın hava hücumundan müdafiə sistemlərinin alınmasını” müzakirə edib”