
Bütün bilgilərin təhlili göstərir ki, XXI əsr İslam ölkələri, o cümlədən İslam dünyasının bir hissəsi olan Türk dövlətləri üçüncü dünya ölkələri olaraq qalacaqlar. Bu mənhus taledən xilas olmaq potensialı olan müsəlman xalqlarının sayı barmaqla sayılacaq qədərdir. Çox böyük ehtimalla bu xalqlar da potensiallarını gerçəkləşdirə bilməyəcəklər. Məsələn, azərbaycanlıların və farsların belə potensialı olsa da, bu potensialı gerçəkləşdirə biləcəkləri mümkün görünmür. Bunu etmək üçün yaponlar kimi böyük fədakarlıqlar etmək lazımdır. Təəssüf ki, bu istiqamətdə nəyinki hərəkət, hətta istək də yoxdur.
Ancaq ayrı-ayrı gənc insanlar bu mənhus taledən xilas ola, mənsub olduqları xalqın taleyini bölüməyə bilərlər. Elmdə və biznesdə uğur qazanmaq üçün müstəsna dərəcə də münbit şəraiti olan ölkələr var. Potensialı olan gənclər belə ölkələrə getməli, uğur qazanmalıdırlar. Onların öz vətənlərində dünya miqyaslı uğurlara imza atmaq şansları yoxdur və bu əsrdə olmayacaq.
Xəqani Cəfərli politoloq