Mariupolun bombalanmasına rəhbərlik edən mayor Stavropolda partladıldı

Stavropolda hündürmərtəbəli binanın yaxınlığında naməlum şəxs qumbaranı partladıb, nəticədə biri mayor da daxil olmaqla iki nəfər həlak olub.

Zaur Qurtsiyev Donetsk vilayətində Mariupol uğrunda döyüşlərin hava-desant hissəsinə rəhbərlik edib və bu döyüşlərdə minlərlə ukraynalı həlak olub. Rusiya təbliğatı iddia edir ki, Qurtsiyev “raketlərin hədəflənməsi texnologiyasını təkmilləşdirib” – bu, onların dəqiqliyini artırıb.
Rusiya mətbuatı baş vermiş hadisə ilə bağlı versiyalardan birinin terakt olduğunu bildirib.

Qurtsiyev son dövrlərdə Stavropol şəhəri administrasiyası rəhbərinin birinci müavini idi.