
Məsələ ilə bağlı İsmayıllı şəhər bələdiyyəsi tərəfindən təqdim olunan arayışda parka (saat meydanına) çox yaxın məsafədə yeməkxanaların, ət satışı məntəqələrinin olmasının ərazidə sahibsiz itlərin məskunlaşmasına səbəb olur. Eyni zamanda parkın rayon bazarı ilə çox yaxın məsafədə yerləşməsi ətrafda nəqliyyat sıxlığının yaranmasına, eləcə də istirahət günləri bazara alış-veriş üçün gələn insanların çox olması parkın istirahət məkanı kimi istifadəsini məhdudlaşdırır. Parkın ərazisində ticarət ilə məşğul olan vətəndaşlardan bazar işçiləri tərəfindən ödəniş yığılması məsələsilə bağlı “Şahdağ” MMC-nin rəhbərliyi ilə söhbət aparılarkən onlar tərəfindən belə hallara qətiyyən yol verilmədiyini bildirmişdir.Arayışda həmçinin, video paylaşımda bir qrup rayon ictimaiyyəti fəalları tərəfindən parkın ləğv edilərək həmin ərazidən bələdiyyə büdcəsinə gəlir gətirən müxtəlif növ fəaliyyətlər üçün istifadə olunması təklifi ilə əlaqədar İsmayıllı bələdiyyəsinə fərdi və ya kollektiv şəkildə müraciət daxil olmadığı qeyd olunmuşdur.
Redaksiyadan:Hesab edirik ki, İsmayıllı rayon icra hakimiyyəti bu məsələdə haqlıdır və saytımıza müraciət edən fəal şəxslərə məsləhət bildiririk ki,gedib həm icra hakimiyyəti,həm də şəhər bələdiyyəsinə eyni adlı problemlə bağlı təkliflərini versinlər. Mövzu diqqətimizdədir bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Məlumata görə rayon icra hakimiyyətinə təşəkkür edirik.
İsmayıllı rayon icra hakimiyyəti