İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında tədbirlər planına əsasən daxili təlimlərin təşkili davam edir.

Təlim üzrə kordinator, infeksionist həkim Xumar Cəbrayılova tərəfindən tibbi heyyətin peşəkarlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə növbəti təlim təşkil olunub.

Baş həkim Nərgiz Rəhimovanın rəhbərliyi altında mövzu üzrə aydiyyatı ixtisas həkimlər iştirak edib.

Təlim zamanı oftalmoloq həkim Mehriban Şıxıyeva “Behçet” xəstəliyi, xəstəliyin diaqnozu və müalicəsindən bəhs edən mühazirə ilə çıxış edib.

Tədbirin sonunda həkimlər arasında mövzu ətrafında fikir mübadiləsi aparılıb və təlimçi Mehriban Şıxıyeva verilən sualları cavablandırıb.

İsmayıllı rayon mərkəzi xəstəxanası