
30 may 2025-ci il tarixdə Yevlax şəhər Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxananın Uşaq şöbəsinin müdiri Həmidə Isgəndərovanın anadan olmasının 65 illiyi və təqaüdə getməsi münasibətilə tədbir təşkil olunub.
Turkdunyasi.az xəbər verir ki, tədbir Yevlax şəhər MİHİ-nin təşkilatı dəstəyi ilə təşkil olunmuşdur. Tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhəri üzrə nümayəndəsi Günel Cəfərova da iştirak edirdi.Tədbiri giriş sözü ilə açan Yevlax şəhər MİHİ-nin sədri Zöhrə Adıgözəlova öncə Həmidə xanımı təbrik etdi ona həyatın ən şirin nemət olan can sağlığı arzuladı.Sonra çıxış üçün söz alan Günel Cəfərova, Vüsalə Məmmədova, Tofiq Həsənov və digər əməkdaşlar Həmidə xanıma təbriklərini çatdırdılar və bildirdilər ki, Həmidə xanımın keçdiyi maraqlı və mənalı ömür yolu hər bir kitabxana işçisi üçün bir məktəbdir.Tədbir şən misiqi sədaları altında başa çatdı.








