
Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Bəşir Səfəroğlu adına Xalq Teatrında tədbir keçirilib.
Turkdunyasi.az xəbər verir ki, 30 may tarixində Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Şəhər Yaradıcılıq Evində Bəşir Səfəroğlu adına Xalq Teatrında aktyorlarının iştirakı ilə Rəşid Bərgüşadlının “İşıqpulu ” əsərinin motivləri əsasında ” Etiraf” tamaşasının premyerası keçirilib.
Tamaşada bütün dövrlərdə baş verən ailə məişət zəminindəki mübahisələrdən söhbət açılır. Finalda ailənin bir araya gəlməsi və hər iki tərəfin etdikləri səhvlərini etiraf etmələri tamaşaçının maraq dairəsinə səbəb olub. Sonda tamaşa böyük alqışlarla sona çatıb.