
İsmayıllı rayonu yuxarı Zərnava kəndi Əhalisinin 96 faizi az saylı tatlardan ibarətdir.
İsmayıllı rayonunun yuxarı Zərnava kəndindən gənclərin didərgin düşməsinin səbəbkarı Azərbaycan hakimiyyətidir.
Zərnava kəndinin yolları nəyinki müasir 21 əsrin hətta ötən əsrin ortalarındakı yol mədəniyyətinədə cavab vermir. Dövlət büdcəsindən milyardlarla talamalar nəticəsində bir yolu ildə iki dəfə təmir edirlər burda təbii ki , maxinasyalarla müşahidə olunur. Amma Zərnava kəndinə asfalt örtüklü yol çəkilmir. Xatırladaq ki, bu kənddən Birinci Qarabağ savaşında 3 şəhidimiz qəhrəmancasına vuruşaraq bu xalqın millətin azadlığı uğrunda öz canlarından keçmişdir. İkinci Qarabağ, Vətən müharibəsində Qardaşım Babayev Mirağa əmim oğlu Paşayev Fərman və kəndin 70-80% gəncləri könüllü vuruşmuş, bəziləri sağlamlıqlarından olmuş bəziləridə axır günədək vuruşmuşdular. Mənim kimi onlarla kənd sakinləri döyüş bölgələrində xidmət edərək dəfələrlə düşmən təxribatlarına cavab verərək qeyri rəsmi döyüşlərin iştirakçısıdır.
Zərnava kəndi çox gözəl təbiətə malikdir. Turistik baxımdan çox əlverişli bir kənddir.
Kəndin yeganə çörək yolu meşədəndir. Rayon rəhbərliyi təbiəti bəhanə edərək kənddə bəzi gəncləri meşədən odun qırdığı üçün külli miqdarda cərimələyiblər. Amma milyardlarla pulu ölkədən daşımaq olar meşədən odun gətirmək olmaz. Kəndimiz qazlaşmayıb, qaz yoxdur kəndçi nə yandırmalıdır?
Kəndin problemlərini yüksək səviyyədə işıqlandırmaqa davam edəcəm!
Zərnava kəndinə yol tələb edirik!
Meşədən isdər odun sobası üçün istərsədə dolanışıq üçün odun gətirənlərə azadlıq tələb edirik.
İstənilən dövlət televiziya kanallarına müsahibə verməyə hazıram.