Paşinyan onları hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan qarşısında kapitulyasiyaya görə məsuliyyətin onun yox, ondan əvvəlki Ermənistan rəhbərlərinin üzərində olduğunu deyir.

Ermənistan parlamentində çıxış edən Paşinyan onu hədəfə alan sabiq prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı təhdid edib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan qarşısında kapitulyasiyası hələ o hakimiyyətə gəlməzdən öncə qaçılmaz idi.

“Əgər debat etməyə hazırsınızsa, gəlin danışaq. Mən sizlə debat etməyəcəyəm, sizi divara çırpacağam və siyasi cəsədlərinizin qalıqları oradan çıxarılacaq.Əsəblərimlə oynamağı dayandırın”.