
Şimal Region internet televiziyası və Şimalregion.az xəbər agentliyinin redaksiyasına.
Mən Tovuz rayon Məşədlər kənd sakini İbrahimov Akif bildirirəm ki, Tovuz dövlət sosial iqtisad kollecinin direktoru Hicran Əyyubovanın mənə və övladlarıma qarşı etdiyi qanunsuzluqlara görə sizə dəfələrlə müraciət etmişəm və hər dəfə mənim haqq səsimi ictimailəşdirmisiniz.Buna görə sizə şəxsən öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Bu gün də mən sizə Tovuz dövlət sosial iqtisad kollecində baş vermiş qanunsuzluqları sübuta yetirən səs yazılarını göndərirəm.Səs yazılarında direktor Hicran Əyyubova,kollec həmkarlar təşkilatının sədri Elmira müəllim,onun müavini həyat yoldaşı Elnur müəllim və həmkarlar təşkilatının üzvü Qətibə müəllimin səs yazılarıdır.
Hicran Əyyubova bu üç adamın əli ilə kollecin ingilis dili müəllimi Günay Allahverdiyevanı şantaj edirlər.Çünki,Günay Allahverdiyeva direktor Hicran Əyyubovanın dedikləri qanunsuz işləri həyata keçirmir.Buna görə də bu üç adamın əli ilə Günay xanım şantaja,hədə-qorxuya məruz qoyulur, işdən çıxarılacağı ilə təhdid olunur.
Odur ki , nəticədə Günay Allahverdiyeva bezərək öz ərizəsi ilə işdən çıxdı.Direktor kollecdə qanuna zidd əməlləri yuxarıda adları çəkilən üç müşkatyorun əli ilə həyata keçirir.Kollecdə həmkarlar təşkilatında ailə ansamblı yaradıblar.
Mən təhsil naziri Emin Əmrullayevə, təhsil agentliyinin direktoru Ülkər Səttərovaya müraciət edirəm.Hörmətli nazir, hörmətli agentlik direktoru,qulağınızdan pambığı çıxardın və eşidin.Hicran Əyyubovaya himayədarlıq etməyin.Bu qədər qanunsuzluqlara yol verən şəxsə, haqqında minlərlə şikayətlər olan şəxsə sizlər hansı mənəvi haqla himayədarlıq edirsiniz?
Hicran Əyyubova Qazax kollecindən,Tovuz kollecinə 20- ə yaxın müəllim və işçi gətirib.Sizlər qanunsuz işlərlə məşğul olan direktoru himayə etməklə həm ulu öndərimizə qarşı hörmətsizlik edirsiniz, həm də dövlətimizin hazırki siyasətinin üzərinə kölgə salırsınız.Hicran Əyyubova Qazaxdan bu qədər işçiləri Tovuza niyə gətirir?Məgər Tovuzda bacarığı olan müəllim,işçi yoxdur?
Hörmətli nazir, hörmətli agentlik direktoru! Sizin himayənizdə Hicran Əyyubova kollecdə at oynadır.Onun həyat yoldaşı Vüqar Əyyubov Qazax dövlət sosial iqtisad kollecinin direktor müavinidir.Bu iki adamdan,ər-arvaddan başqa direktor, direktor müavini vəzifəsinə layiq adamlar yoxdur?
Niyə bu qədər şikayətlərə baxılmır?Mən hesab edirəm ki, bu şikayətlər bir gün cənab prezidentə çatdığı an sizin hər ikiniz üçün ağır olacaq.Çünki bu səslərdə Hicran Əyyubova deyir ki, mən deyəni eləmirsənsə ərizəni yaz, çıx get.Qeyd edirəm ki, Hicran Əyyubova bu vəzifəyə yaramayan adamdır.Düşünmək vaxtıdır.
Redaksiyadan:Faktla bağlı araşdırmalarımız davam edir və bu məsələ ilə bağlı şikayətçi Akif İbrahimov tərəfindən kanalımıza onlarla səs yazısı və sair göndərilib.Odur ki, izləməyə davam edin,daha ətraflı yazının altında Şimal Region kanalına link yerləşdiriləcək və ordan ətraflı izləyə bilərsiniz.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq
Növbəti sayımızdan etibarən şok səs yazıları yayılacaq izləməyə davam edin