
İsmayıllı rayon Hacıhətəmli kənd sakini Asif Ağayev Şimalregion.az saytına bildirib ki, övladı Ağa Ağasəf Asif oğlu çağırışçıdır və artıq neçənci dəfədir ki, rayon səfərbərlik xidməti tərəfindən Bakıya müayinədən keçmək üçün göndərilir.Valideyn bildirir ki,bu gün övladı zəng edərək ona bildirib ki, Bakıda Nizami adına klinikada ondan MRT-dən keçmək üçün 18 manat pul tələb ediblər və deyiblər ki,biz çağırışçı tanımırıq.
Asif Ağayev bildirir ki, bu məsələ ilə bağlı o, İsmayıllı səfərbərlik xidmətinin əməkdaşı Məhəmməd adlı şəxsə zəng edib.Hansı ki,çağırışçını Bakıya Məhəmməd adlı əməkdaş göndərib.Əməkdaş bildirib ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidməti ilə qeyd olunan klinika arasında bu kimi məsələlərlə bağlı münaqişə var.Məhəmməd valideynə bildirib ki, eybi yoxdur, pul versin, müayinədən keçsin,rayonda pulunu verərik.
Redaksiyadan:Bəli dəfələrlə KİV olaraq bildirmişik ki, dövlət səfərbərlik xidmətində, ələlxüsus da rayon şöbələrində qanunsuz işlərlə məşğul olurlar.Məsələn:Niyə çağırışçını tək Bakıya göndərirlər? Bəs əməkdaşlar hardadır,nə işlərlə məşğuldurlar?Niyə çağırışçını öz hesabına Bakıya göndərirlər? Azərbaycan hökuməti uşaq pulu vermir, uşağın necə, hansı əzablarla böyüdüyünü bilmir,ancaq 18- yaşına çatan kimi qolundan tutub aparır ki,gəl get vətənə xidmət elə,həm də öz hesabına.Bəs vətəni qorumaq müqəddəs sayılırsa niyə vətən öz vətəndaşına sahib çıxmır? Ona görə ki, Mürsəl İbrahimov kimi müftəxor xidmət rəisi var.Ona görə ki, Məhəmməd adlı işinin öhdəsindən gələ bilməyən təsadüfi əməkdaşı var.Bəs çağırışçıları aparıb gətirmək üçün dövlət büdcəsindən ayrılan vəsaitlər hara xərclənir? Yəqin xidmət rəisinin və Məhəmməd adlı əməkdaşın cibinə gedir? Hər-halda bunu məntiq deyir və baş verənlər normal sayıla bilməz.Qaldı ki, Nizami adına klinikada baş verənlərə.Nəinki ora, bütün ölkə səhiyyəsinin vəziyyəti xarabdır.Azərbaycan səhiyyəsinin özü xəstədir və müalicəyə ehtiyacı var.Həm də ölkə səhiyyəsi dilənçiliklə məşğuldur.Əgər belə olmasaydı əsgər gedən və dövlətini qoruyacaq əsgərindən 18 manat pul dilənməzdi.Həm Səfərbərlik xidmətinə, İsmayıllı şöbəsinə,həm də Nizami klinikasına ar olsun.Xidmət rəisi Mürsəl İbrahimov istefa verməlidir,çünki bu sahədə ciddi nöqsanlara yol verilir.Deməli, Mürsəl İbrahimov vəzifəsinin öhdəsindən gələ biləcək gücdə deyil.
Faktla bağlı araşdırmalarımız davam edir.Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.