
“Mənə çoxlu pul təklif etmişdi… – məhv oldum!”
Narkotiklə bağlı daha bir həyat faciəsi…
Abşeron RPİ Saray Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı saxlanılan 29 yaşlı qadının üzərindən 3 kiloqramdan çox marixuana aşkarlanıb.
Qadının sözlərinə görə, sosial şəbəkədə tanış olduğu iranlı ona narkotik vasitəni ünvanlara çatdırmaq qarşılığında yüksək məbləğdə pul vəd edib.
Qanunsuz pul arzusu — azadlıqdan məhrumiyyətlə nəticələndi.
Unutma: Narkotik vasitələrin dövriyyəsində iştirak — həyatını və gələcəyini məhv edə bilər!
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.