Ukrayna Prezident Adminstrasiyası rəhbəri A.Yermak “The Times”-a müsahibəsində deyib ki hal-hazırda “Sapsan” ballistik raketlərinin istehsalı çox yaxşı gedir və Rusiyanı “yeni sürprizlər” gözləyir.

“Sapsan”ın Moskvanı vura bilib-bilməyəcəyi ilə bağlı suala isə Yermak belə cavab verib:

“Düşmənlərimizi dəfələrlə təəccübləndirə biləcəyimizi düşünürəm”.

P.S. Hərbi ekspertlər artıq yeni modernizasiya olunmuş və 480 kq döyüş başlığı daşıya bilən “Sapsan”-ın 300 km məsafədəki hədəfləri məhv etməyə qadir olduğunu və real məsafənin 500 km-ə qədər çata biləcəyini deyir. Hətta bu texnikanın ABŞ istehsalı ATACMS-dan 2 dəfə güclü olduğunu deyən ekspertlər də var.