SimalRegion.az saytının redaksiyasına.

Qəbələ şəhərinin mərkəzi küçələrindən sayılan küçələrdən biri də Nəsimi küçəsidir.Bu küçənin bir hissəsində iki şəhid ailəsi yaşayır.Kərimova Sevil ana və Faiq müəllim.Küçədə təmir işləri olmadığına görə, asfalt vurulmadığına görə,yəni küçə tam bərbad vəziyyətdə olduğuna görə,küçədə yaşayanlar başda şəhid ailələri olmaqla hamı imza toplayıb rəsmi ərizə ilə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev cənabına müraciət ediblər.Heç bir cavab almadıqda,Səbuhi müəllimin qəbuluna düşmək mümkün olmadığına görə müavini Arif Allahverdiyev onları qəbul edib və deyib ki, büdcədə pul yoxdur.Təkrarən qəbula yenidən gedəndə Arif bəy şəhid anasının üstünə qışqırıb və deyib ki,sənə demədim ki, pul yoxdur,bir də bura gəlmə.Qəbələlilər Arif bəyə sual verirlər ki,sən Arif bəy Qəbələ şəhərində münasibətdə olduğun əxlaqsız qadınların yaşadığı küçələri təmir edib, asfalt vurduranda büdcədə pul olur, biznes şərik ortaqlarının küçələrinə, lazımsız yerlərə,öz obyektlərinin küçələrinə, obyektlərin daxilinə asfalt vurduranda büdcədə pul olur,Kolxozda zəhmətlə işləyən,təmiz adıyla,təmiz namusu ilə yaşayan, əziyyətlə oğul böyüdüb vətən uğrunda şəhid verən 78- yaşlı ağbirçək Sevil anaya çatanda Qəbələ rayon büdcəsində pul tapılmır?

Biz Qəbələlilər Arif bəyə sual veririk.Bilmək istəyirik.Qəbələ şəhərinin abadlaşdırılmasına,təmir-tikintisinə,küçələrə asfalt vurulmasına ayrılan pul vəsaitləri hara sərf olundu?Bələdiyyələrin torpaq satışından,keçirilən hərraclardan yığılan, vergilərdən gələn milyonlar hara sərf olunub?İşlədiyiniz müddətdə on milyon,yüz milyon pul hara getdi? Növbəti yazımızda milyonların hara getdiyini, hansı hesablara keçdiyini, Qəbələ rayon icra hakimiyyətində çirkli pulların necə yuyulduğunu tam geniş, şəkildə məlumat veriləcək.Qəbələdə qoy hamı bilib agah olsun.Bizi izləyin. Hörmətlə Qəbələ şəhər sakini Azər İsmayılov

Redaksiyadan:Faktla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq.Yazıda səslənən fikirlər redaksiyaya aid deyil.İzləməyə davam edin Ardı var.

SimalRegion.az məktublar şöbəsi