
Qadın vəkili polis idarəsində təhqir etdilər
“Vəkilə telfonla polis idarəsinə daxil olmağa imkan verməyənlərin diqqətinə!
Yasamal Polis idarəsində özünü Gəncə Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları kimi təqdim edən iki şəxs tərəfindən nə vəkilliyim, nədə ki qadınlığım qaldı.
Tərbiyəsiz dedilər, ailəmə dil uzatdılar, sən “kakoy” da vəkilsən dedilər, istəsək lap səni döyərik də dedilər.
Özü də müdafiə etdiyim şəxsin, onun valideyinin, şahidin və müstəntiqin qarşısında.
Nə var, nə var onlardan istintaq hərəkətlərinin davam etməsi üçün otaqdan çıxmalarını xahiş etdim.Və bu bəylərin xoşlarına gəlməyib ki, digər epizod üzrə digər vəkil bunlardan sənəd istəyib. Gəl indi bu halda kimisə müdafiə elə”.
Vəkil Sevda Məhərrəmova.
Azadlıq qəzeti