Qaraməryəm bələdiyyəsi ərazisində yol kənarlarının abadlaşdırılması və məişət tullantılarının atılması üçün təbdirlər görülüb

2025-ci ilin iyulun 18-də Qaraməryəm bələdiyyəsinin təşəbbüsü ilə yol kənarlarının abadlaşdırılması və məişət tullantılarının müəyyən edilməmiş ərazilərə atılmasının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilib.
Bu çərçivədə kəndin mərkəzi hissəsində məişət tullantılarının atılması üçün 6 ədəd tullantı qutusu alınaraq müxtəlif ərazilərə yerləşdirilib. Gələcəkdə bələdiyyənin maliyyə imkanları daxilində əlavə qutuların alınması da nəzərdə tutulur.
Eyni zamanda, bələdiyyənin təşkilatçılığı ilə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Qaraməryəm kəndinin ərazisindən keçən hissəsində abadlıq işləri görülüb. Yol kənarındakı fərdi yaşayış evlərinin fasad divarları boyanaraq səliqə-səhman işləri aparılıb.