
Təhsil və mədəniyyət müəssisələrində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdaş rayonunun təhsil və mədəniyyət müəssisələrində müxtəlif xarakterli tədbirlər keçirilib, tamaşalar nümayiş etdirilib.
Tədbirlərdə Azərbaycan qadınlarının tarixin bütün dövrlərində öz istedadı, zəkası, iradə və əzmilə seçildiyi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərdiyi vurğulanıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi iıə bu gün Zəfər dövrünü yaşayan qalib Azərbaycanın dinamik və hərtərəfli inkişafı proseslərində qadınlar fəal iştirak edərək mühüm töhfələrini verirlər.
Tədbirlərdə qadınlara bayram təbrikləri və xoş arzular ifadə olunub və
əmək fəaliyyətində fərqlənən qadınların bir qupuna fəxri fərmanlar təqdim edilib.
Ağdaş rayon icra hakimiyyəti