Hörmətli cənab prezident Ilham Aliyev!
Hörmətli xanım vitse-prezident Mehriban Əliyeva!
Azərbaycan respublikası mədəniyyət naziri Hörmətli cənab nazir Adil Kerimli! Mənim şikayətim Dağlıq Şirvan regional mədəniyyət idarəsi,mədəniyyət idarəsinin Rəisi Vasif Qurbanzadədəndir.Həmin bu Vasif Qurbanzadə vəzifəsindən su-istifadə edərək qanunsuz olaraq İsmayıllı rayonunda Heydər Əliyev adına mədəniyyət mərkəzində çalışan əliliyi olan mən Ilham Dadasov və məndən savayı birinci Qarabağ müharibəsinin veteranı Ramil Salmanov yoldaşı, bir şəhid qızını, iki nəfərdə ikinci Qarabağ müharibəsi qazisini, heç bir rəsmi xəbərdarlıq olmadan işdən azad edərək müqaviləyə xitam verib.Bu qanunsuz işdən Azərbaycan respublikası mədəniyyət nazirliyinin və cənab nazirin xəbəri olmayıb. Dəfələrlə müraciət etdik ki dövlət başçısının sərəncamı var ki əlilliyi olan vətəndaşlar işlə təmin olunsun. Amma Vasif Qurbanzadə isə qanuna zidd olaraq və qanunu kobud dərəcədə pozaraq bizim kimi zəif insanları işdən qanunsuz azad edib. Yanvar ayının 6-sı günündən bu insan bizim başımıza oyun açır. Eynilə həmin bu kimi proses Şamaxı, rayonunda, Qobustan rayonunda, və Ağsu rayonlarındanda bizim kimi vətəndaşları işdən qanunsuz azad edib. Bu adam vəzifəyə gəldiyi gündən regiona tabe olan vətəndaşlara qan uddurur. Xahiş edirəm aidiyyatı qurumlara ciddi tapşırıq verilsin və bu insanla bağlı tədbir görülsün. Hətta müraciət zamanı yazdığım mesajlarda ölkə başçısını, Mehriban xanımı, əmək müfəttişliyini tağ edəndə, Vasif Qurbanzadə mənə deyir ki onların adını yazmağın mənasızdır. Bu insan kimə arxayındır kim durub bunun arxasındakı belə arxayın danışır.

İlham Dadaşov əlil