
İsmayıllı rayon sakinlərinin nəzərinə!
Səyyar ASAN 10 avtobusu 03.04.2025 – 28.04.2025 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.
Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)
Vətəndaşlara göstərilən xidmətlər:
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş passportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- VVADQ ilə bağlı xidmətlər
- Notariat fəaliyyəti ilə bağlı xidmətlər
- Daşınmaz əmlakla bağlı əməliyyatlar və onların qeydiyyatı
- Əmək pensiyalarının təyin edilməsi
- Tibbi arayışların verilməsi(qan qrupu və boy göz arayışları)
Qeyd: Sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.