İsmayıllı rayon sakinlərinin nəzərinə!

Səyyar ASAN 10 avtobusu 03.04.2025 – 28.04.2025 tarixlərdə İsmayıllı sakinlərinə xidmət göstərəcək.

Səyyar Xidmət Məntəqəsi: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 (Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı Rayon Şöbəsinin qarşısı)

Vətəndaşlara göstərilən xidmətlər:

  1. Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
  2. Ümumvətəndaş passportlarının verilməsi və dəyişdirilməsi
  3. Sürücülük vəsiqələrinin dəyişdirilməsi
  4. VVADQ ilə bağlı xidmətlər
  5. Notariat fəaliyyəti ilə bağlı xidmətlər
  6. Daşınmaz əmlakla bağlı əməliyyatlar və onların qeydiyyatı
  7. Əmək pensiyalarının təyin edilməsi
  8. Tibbi arayışların verilməsi(qan qrupu və boy göz arayışları)

Qeyd: Sənəd qəbulu həftə içi saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13:00-dan 14:00-dək) həyata keçirilir.

İsmayıllıRİH #ASANxidmət