Yeni Çörçill kim olacaq?

ABŞ İkinci Dünya Müharibəsi zamanı uzun müddət neytrallığını qoruyurdu, halbuki Avropada bir-birinin ardınca ölkələr H*tler tərəfindən işğal olunurdu.

Hətta ən sərt mövqeyilə fərqlənən Böyük Britaniyada belə kapitulyantlar (Çemberlen və Halifaks) var idi, Çörçillin özü də müqavimətin simvoluna dərhal çevrilmədi. O da partiya xətti ilə tərəddüd edirdi.

Bu gün biz görürük ki, ABŞ düşmənin tərəfinə keçib (ümid edirəm ki, artıq heç kim “Tramp – Putinin agentidir” fikrinə gülmür). Və bu, təkcə Ukrayna məsələsi ilə bağlı deyil.

ABŞ NATO-ya, Kanadaya, Yaponiyaya, Aİ-yə və s. qarşıdır.

ABŞ Rusiya tərəfindədir, xoşumuza gəlib gəlməməyindən asılı olmayaraq. Bu faktdır.

Avropalı liderlərin gözlərinin qarşısında dünya dəyişib və onlar öz yerini müəyyəbləşdirməlidir.

Onların gözləri qarşısında tarix dəyişir, bir ay ərzində Azad Dünya birliyi dağıldı. Bu dünyanın dayağı yox oldu, onurğa sütunu sınıb.

Özünüzü onların yerinə qoyun. Onlar hansı səviyyədə şok, panika və qeyri-müəyyənlik hiss edirlər?

İndi sadəcə hislərinizə güvənin, gözlərinizi bağlayın.

Makronu təsəvvür edin. Ona tarixin yüksəkliyindən baxın, həmin gözlərlə.

Onda Çörçildə yaranan və Avropaya güc verən keyfiyyətlər varmı? Bacaracaqmı?

Merts? Eyni gözlərlə baxın.

Ursula.

Britaniyalılar. Norveçlilər. Danimarkalılar. Onlar buna davam gətirə biləcəkmi? Qorxmayacaqlarmı? Onlarda güc və iradə yetərli olacaqmı?

Polşa? Tusk?

Düşünürəm ki, siyasətçilərin bu nəsli Merkel, Olland, Sarkozidən daha yaxşıdır.

Onlar qorxub Ukraynaya deyə bilərdilər: “Tramp nə deyirsə, edin, biz özümüz bilmirik ki, bizim başımıza nə gələcək…” Amma onlar bunu demirlər.

Onlar deyirlər: “Bu, tarixi dövrdür, mübarizə aparaq, qoy iki cəbhədə olsun.”

Və mən optimistəm! Ən azı ona görə ki, 2 qat güclənmiş şərə qarşı müqavimət aparanlar var.

Sadəcə, anlayın ki, onlar üçün də heç nə asan deyil. Tarixdə nə qədər vacib bir məqamı müşahidə edirik…

Və sonda 1 çox vacib xəbər.

Fransa Ukraynada Starlink-i Eutelsat ilə əvəz edə bilər, 40 000 terminal göndərə bilər.

Kamran Cəfərov politoloq