Dəhşətli statistikadır. Azərbaycan kişilərinin yarıdan çoxu (50.4 faizi) pensiya yaşına (65 yaş) çatmadan dünyasını dəyişir. Xroniki işsizlik, yoxsulluq, kirayə xərcləri, yüksək bank faizləri, uşaq pulu olmadan uşaq böyütmək çətinliyi, borc tapa bilməmək, dərman, ərzaq ala bilməmək, evi qızdıra bilməmək xəcaləti kişilərin ömründən kəsir. Millətin genefondu məhv olur. İnsan həyatından qiymətli nə var? İnsan həyatını da puç edir indiki hakimiyyət. Bir dəstə adam isə heç nəyə baxmadan rejimə yaltaqlanmağa davam edir. Ölkəmiz və xalqımız çox ağır zamanlardan keçir.