Salyan xəstəxanasında şöbə müdiri işçilərə zülm edir

Salyan rayon Mərkəzi Xəstəxanasının uşaq şöbəsindən redaksiyamıza şikayət daxil olub.
Şöbənin əməkdaşlarından biri səs yazıları ilə uşaq şöbəsində olan dözülməz vəziyyətdən danışır.
Səs yazılarında bildirilir ki,Təbibin tabeliyində olan Salyan rayon Mərkəzi xəstəxanasının uşaq şöbəsinin müdiri Baxışova Raya işcilərin hər birindən bütün il ərzində istirahət otağı üçün 60 manat alır.
Tələb etdiyi pulu almadığına görə bir həftədir ki,istirahət otağı bağlıdır.
Şöbə müdiri məzuniyyət pullarını mənimsəyir.
Səs yazılarında qeyd olunur ki,Salyan rayon prokurorluğunda şöbədəki qanunsuzluqlarla bağlı iş qaldırılsa da, Ceyhun adlı müstəntiqlə məsələni həll etdilər.
Xəstəxananın baş həkimi Şirinxanım Səmədova da şikayətlərə baxmayaraq tədbir görmür.