
6 mart 2025-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Zaqatala filialında Zaqatala Rayon Icra Hakimiyyəti tərəfindən “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Tədris və elmi işlər üzrə direktor müavini, dosent Həqiqət Qədimova açaraq qonaqları salamlamışdır. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Zaqatala regional bölməsinin müdiri İlqar Vəliyev, Zaqatala RİHB-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədr müavini Qudbiddin Qardaşov filialın tələbələrini maarifləndirici məlumatlarla tanış etmiş, sonda tələbələrin suallarını cavablandırmışdır.
Zaqatala RİH