Yaşamağın qadagan olunduğu yerdə Allah verən ömru necə yaşayaq?

Gəncə şəhəri İbrahim Əliyev 43 ünvanında yaşayan Məmmədov Mehdi Rza oğlu Prezident İlham Əliyevə açıq məktub yazıb. O, ölkə başçısına və aidiyyati qurumlara ünvanladığı müraciətində deyir: “Ömrümün 50 ilini ictimai-faydalı əməyə sərf etmişəm. 1977-ci ildən başlayaraq 2025-ci ilin fevralına kimi 20 il müxtəlif dövlət qurumlarında, 30 il isə pedoqoji fəaliyyətlə məşğul olmuşam. Bu ilin fevralın 1-dən mənə 416 manat pensiya təyin olunub. ömürlük ağır ürək xəstəsiyəm, üstəlik də şəkər xəstəliyindən əziyyət çəkirəm. Ürək xəstəliyinə görə ona təyin edilən dərmanların dəyəri 250 manat təşkil edir”.
Məmmədov Mehdi sual edir: Nə etməli? Yaşamağın qadağan olunduğu bir şəraitdə Allahın verdiyi ömrü necə davam etməli? Yaşamaq üçün maksimum və minimum həyat səviyyəsindən danışmıram. Heç olmazsa milyonlarla insanlara birtəhər, yəni sürünərək yaşamaq yaşamaq şansı da bizə verilmir”.
Daha sonra açıq məktubda hazırkı pensiya qanununun mürtəce olması və onun dəyişdirilməsi tələb olunur. Müraciətdə deyilir : “İnsanların sosial rifahının üstündən sükutla keçilən, mövcud pensiya qanunu tam mürtəce xarakterlidir. Vətəndaşlardan oğurlanaraq kəsilən hər manata görə özlərinini milli qəhrəman kimi göstərən harın məmurlar dövlət büdcəsinə qənaət etdikləri ilə fəxr edirlər. Hazırda fəaliyyətdə olan pensiya qanununu rədd edir, yeni mütərəqqi qanun qəbul edilməsi, sosial ədalətin bərpa edilməsini istəyirəm. İnanıram ki, mənim kimi on minlərlə insan var və onların hər birini müraciətimə qoşulmağa çağırıram”.

Azadlıq qəzeti