Əziz Xanımlar!❤️🌹

Biz Yaradanın ən sevimli əsəriyik- bizləri Tanrı bütün canlılardan gözəl yaratmış!
Bizlər Tanrının zərrəsiyik, həyat verənik, həyatın özüyük!
Qadın olmaq şərəfdir, lütfdür!
Dünyada qadın- Ana kimi sevməyi bacaran ikinci bir varlıq yoxdur!
Dünyada ən çox sevilən varlıq da Qadındır!
Həyat, cəmiyyət gücünü qadından alır.
Qadını güclü və xoşbəxt olan toplumlar ən inkişaf etmiş, ən xoşbəxt toplumlardır. Qadını əzilən, hüquqsuz olan cəmiyyətlər ən geridəqalmış, bədbəxt cəmiyyətlərdir.

Qadının güclü, azad, xoşbəxt olduğu yerdə, inkişaf, tərəqqi, rifah, azadlıq, hüquq və bərabərlik də olur!

Gözəl Xanımlar!
Xoşbəxt olun! Azad olun! Güclü olun!
Özünüzə güvənin!
8 Mart Qadınlar Gününüz qutlu olsun!

Gültəkin Hacıbəyli politoloq