Aydın Şükür
Rusiya Faşizminin başı edam kötüyünə tam oturmaqdadır. İnsan olan, insanı və insanlığı xilas etmək istəyən hər kəs, hər bir ədalətli millət və dövlət, əlindən gələni etməlidir ki, bu edam baş versin. Məsələ bu qədər yaxınkən, siyasi şərait yaranmışkən köklü həll olunmazsa, Rusiya çox putinlər,pyotrlar çıxaracaq ortaya. Həllini taparsa, Rusiya normal dövlət olar, rus xalqı da hüzur tapar, bütün dünya da.
300 ildir Rusiyanın, müharibələr törətməkdən başqa əlindən heç nəyin gəlmədiyi məlumdur. Hərbi təcavüzlərlə əsarətdə saxladığı xalqları istismar edib,insanları qırmaq üçün silah düzəldiblər ki, növbəti təcavüzlərini gerçəkləşdirsinlər.Rusiya imperiyası ərazisində, insanlar 300 ildir koloniyadakı kölə halında yaşayırlar. İnsanlıq əleyhinə törətdikləri cinayətlərə görə,insan qətliamı törətdikləri ilə “qürur” duyan, siyasi və fiziki davranışları qaba və qeyri-insani olan, bu anormallığın adı, müasir Rusiya dövlətidir.Bu müasir Rusiya dövləti, dünya üçün bədd xassəli bir xərçəngdir və kəsilib atılması üçün də şans yaranıbdır.
Bitsin bu iş, hər kəsdən əvvəl, ruslar xilas olmuş olar…
Yaşasın Ukrayna! 🇺🇦🇦🇿