
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nərgiz Rəhimova, İlkin Səhiyyə Xidmətləri şöbəsinin müdiri Maya Məmmədova Hacıhətəmli Ailə Sağlamlıq Mərkəzində olublar.
Gedişin məqsədi əhaliyə göstərilən ilkin səhiyyə xidməti ilə tanış olmaq, o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə, həmçinin uşaqların icbari dispanserizasiyasına yönəlmiş tədbirlərə nəzarəti gücləndirməkdən ibarətdir.
Baş həkim Nərgiz Rəhimova eyni zamanda immunoprofilaktika işinin təşkilini təmin etmək məqsədilə Ailə Sağlamlıq Mərkəzinin tibbi heyyətinə əhali arasında tibbi maarifləndirmə fəaliyyətinin gücləndirilməsi, 10 yaşa qədər uşaqlar arasında müxtəlif səbəblərdən peyvəndlənmədən kənarda qalmış uşaqların peyvəndlənməyə cəlb olunması haqqında tələb və tapşırığlarını çatdırıb, İlkin Səhiyyə Xidmətləri şöbəsinin müdiri Maya Məmmədova sənədləşmə işlərinin düzgün aparılması haqqında lazımi məsləhət və tövsiyyələrini verib.