12 mart 2025-ci il tarixində Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisi keçirilib. İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov iştirakçıları salamlayıb. İlk öncə Cəmiyyətin prezidenti Təşkilati məsələlər haqda məruzə edib.

Daha sonra Mandat komissiyasının hesabatını komissiyasının sədri Niyaz Eyvazov təqdim edib. Təsdiq olunmuş hesabatdan sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXVII Baş Məclisini açıq elan olunub və Dövlət Himnimiz səsləndirilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının 24 fevral 2025-ci il tarixli iclasında XXVII Baş Məclisinin gündəliyinin layihəsi təsdiq edilib.

Eyni zamanda Baş Məclisdə Cəmiyyətin Prezidentinin seçilməsi prosesi təşkil edilib və nəticələr Hesablama komissiyasının sədri İsa Qaraşov hesabatı Baş Məclisə təqdim edib.

Baş Məclis nümayəndələri tərəfindən təsdiq olunmuş protokola əsasən, Novruzəli Aslanov Cəmiyyətin prezidenti vəzifəsinə seçilib.

Cəmiyyətin prezidenti təşəkkür çıxışını bitirdikdən sonra AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev 28 fevral 2018-ci il – 12 mart 2025-ci illər üzrə Cəmiyyətin hesabat məruzəsini təqdim edib. 28 fevral 2018 – 12 mart 2025-ci ilə qədər olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə hesabatı məruzəsini maliyyə komissiyasının üzvü Zakay Şayev təqdim edib.

Daha sonra Hesabat məruzəsi ilə bağlı çıxışlar başlayıb, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir Regional Mərkəzlərinin koordinatorları və cəmiyyətin veteranı Firuzə Əliyeva çıxış edib.

AzQAC-ın Vitse-prezidenti Qafar Əsgərzadə öz çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.

Tədbirin 2-ci hissəsində AzQAC-ın 105 illik Yubileyinə həsr olunan tədbir baş tutub. 105 il öncə, 10 mart 1920-ci il tarixini göstərəndə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti təsis olundu. 105 ildir ki, insanlıq naminə çıxdığımız bu yolda bizimlə eyni məqsəd uğrunda yorulmadan çalışan hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib və bununla da XXVII Baş Məclis öz işini bitirib.