🇺🇲🇷🇺 Donald Tramp: Mən Rusiya tərəfdən atəşkəsin əldə olunmasını istərdim. Ümid edirik ki, Rusiya Federasiyası düzgün addım atacaq. Putinlə görüşüb danışmağa ümid edirəm”.

Onun sözlərinə görə, ABŞ Ukrayna ilə ərazi məsələsini, o cümlədən Kiyevin müharibə nəticəsində itirəcəyi torpaqları müzakirə edir. Tramp qeyd edib ki, sülh yolu ilə nizamlanma kontekstində Zaporijjya Atom Elektrik Stansiyasına nəzarət məsələsi də müzakirə olunur:

“Biz Ukrayna ilə torpaqları, xilas ediləcək və itiriləcək torpaqları və yekun razılaşmanın bütün digər elementlərini müzakirə etdik. Burada bir elektrik stansiyası var, bilirsiniz, çox böyük bir elektrik stansiyası var (görünür, bu, Zaporijjya Atom Elektrik Stansiyasıdır ). Elektrik stansiyası kimə qalacaq, bu və ya digər məntəqələri kim alacaq, bunlar açıq suallardır. Bilirsiniz ki, bu asan proses deyil. Amma birinci mərhələ atəşkəsdir. Bununla belə, bir çox fərdi məsələlər artıq müzakirə olunub və müzakirə etdik, çünki atəşkəs heç bir məna kəsb etməyəcəksə, buna vaxt itirmək istəmirik”.

Tramp daha sonra əlavə edib: “NATO və NATO-ya üzvlük məsələsi müzakirə olundu və bunun cavabının nə olduğu hamıya məlumdur. Düzünü desəm, bu cavab 40 ildir ki, məlumdur. Deməli, əslində yekun razılaşmanın bir çox detalları artıq müzakirə olunub. İndi Rusiyanın prosesə hazır olub-olmadığını görəcəyik. Əks halda, bu, bütün dünya üçün çox məyusedici bir an olacaq.