Böyük Britaniya ilk dəfə Azərbaycanda hərbi attaşe təyin edib

Diplomatik nümayəndəlikdən bildirilib ki, bu vəzifəyə Gevin Tarbard təyin edilib.

“Biz Gevin Tarbardın təyin olunmasını elan etməkdən məmnunuq. Bu, Britaniya-Azərbaycan tərəfdaşlığının güclənməsini vurğulayan tarixi bir addımdır və müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – diplomatik nümayəndəlikdən bildirilib.