İsmayıllıda 14 İyul Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəldiyi gün münasibətilə “Heydər Əliyev və Konstitusiya: hüquqla qurulan dövlət” mövzusunda tədbir keçirilib.

İsmayıllı Heydər Əliyev Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Konstitusiya: hüquqla qurulan dövlət” mövzusunda tədbir keçirilib.

Tədbirdə RİH-nin əməkdaşı Nəsimi Teymurov, Rayon Ağsaqqal Şurasının sədri Valeh Salehov, idarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edib, Ümummilli Liderin həyat və fəaliyətindən bəhs edən filmə baxıblar.

Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib.

Sonda İsmayıllı rayon Mədəniyyət Mərkəzinin Niyal instumental ansamblının solistlərinin ifasında Ulu Öndərə həsr edilmiş musiqi parçaları dinlənilib.

İsmayıllı rayon icra hakimiyyəti