
Bu gün Putin və Tramp arasında telefon danışığı gözlənilir. Diplomatiya cəbhəsində nə baş verir?
Bir az uzaqdan başlayaq.
Zelenski Səudiyyə Ərəbistanına getməzdən əvvəl britaniyalılar və fransızlar onu yaxşı təlimatlandırmışdılar: dondurulmaya razı ol, sonra isə diplomatik oyuna başlayaq. Ukrayna sülhə hazır olduğunu göstərməlidir, əks halda Tramp ilə alınmayacaq.
Ukrayna dondurulmaya razı oldu. Top Rusiyanın tərəfindədir(son zamanlar diplomatiyada dəbdə olan ifadədir).
Rusiya dondurulmaya guya(!) razı oldu, amma bir çox yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürərək-əslində razı olmadı.
Sonra diplomatiya cəbhəsində Avropa keçdi hücuma.
Avropa:”Biz Rusiyaya inanmırıq(bu, planın bir hissəsi idi)
Ona görə də biz:
1)Ukraynaya hərbi yardımı bu gün, sabah və həmişə davam etdirəcəyik, dondurulma baş versə də, verməsə də;
2)Ukraynanın uzunmüddətli təhlükəsizliyinin təminatı üçün sülhməramlılar hazırlayacağıq”.
Amma Makron-Starmer planında bir problem var.
Sülhməramlılar Ukraynaya müdafiə olunmağa kömək etməlidirlər, amma onların təhlükəsizliyini ABŞ təmin etməlidir (hava dəstəyi, silah və logistika, kəşfiyyat məlumatları və s.). Avropa sülhməramlıları ideyası ilkin olaraq Trampa aid idi, amma bu gün (Putin bunu qətiyyətlə rədd etdiyinə görə) Tramp artıq bu fikirdən yayınıb. Heç bir əlamət yoxdur ki, Tramp Ukraynada Avropalı sülhməramlı kontingenti logistika, kəşfiyyat məlumatlarla və hərbi infrastruktura aid digər məsələlərlə təmin etməyə hazırdır.
Bundan əlavə, Səudiyyə Ərəbistanından bir həftə sonra Ukrayna açıq şəkildə öz qırmızı xətlərini müəyyən etdi:
- Rusiyaya onun nəzarət etmədiyi ərazilərin verilməsi;
-İşğal olunmuş ərazilərin tanınması və s. (bu da planın bir hissəsi idi).
İndi isə Tramp üçün Ukraynanı yenidən təzyiq altına salmaq bir qədər çətin olacaq, çünki Ukrayna artıq dondurulmaya razılıq verib.
Amma bütün bunlara baxmayaraq, Tramp və Putin arasında danışıqlar paralel olaraq davam edir və onlar irəliləyir. Bu gün Tramp hansısa irəliləyişi elan etmək və bununla da Putinlə şəxsi görüşə yol açmaq istəyir. Biz başa düşməliyik ki, şəxsi görüş yalnız artıq hazır olan dondurulma sənədi olduqda baş tutacaq. Diplomatiya belə işləyir, heç kim boş yerə, hazır olmayan sənədlərsiz görüş keçirməyəcək.
18-19 martda Tramp və Putindən yeni xəbərlər olacaq, 20 martda isə Böyük Britaniya sülhməramlılarla bağlı açıqlama verəcək. Çox güman ki, Trampın Putinlə danışığından sonra Ukraynaya qarşı yeni təzyiq dalğası başlayacaq.